00:37
(077) 610-22-33

Söyün Sadıqov: “Krımın Rusiyaya birləşdirilməsi təhlükəlidir”

  • >
1 151 7 Mart 2014 10:53 | Cəmiyyət

"Krım parlamentinin Ukraynadan ayrılaraq Rusiyaya birləşmək barədə qərarı ilə razılamaq çətindir".

AzNews.az-ın məlumatına görə, bunu Rusiya Prezdenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı milyarder Söyün Sadıqov deyib.

S. Sadıqov bildirib ki, Azərbaycan Qarabağla bağlı erməni separatizmindən əziyyət çəkir: "20-ci əsrin sonlarında Qarabağda baş verən hadisləri xatırlamaq lazımdır. Təəssüf ki, SSRİ-nin varisi kimi Rusiya bu problemi həll edə bilmədi".

S.Sadıqov əlavə edib ki, Krımın Rusiya Federasiyasına birləşdirilməsi bu ölkə üçün çox təhlükəli tendensiyalara yol aça bilər: "Rusiyada çoxlu "yatmış" separatçılar var. Bu mənada, onlar da fəallaşmaq üçün Rusiya rəhbərliyinin səhvini gözləyirlər. Rusiya xalqı bundan əziyyət çəkə bilər".

Məhəmməd
AzNews.az
Bağla X