11:44
(077) 610-22-33

Müsavatın müraciətinə cavab niyə gecikir?- BŞİH-dən açıqlama

  • >
643 7 Mart 2014 12:02 | Cəmiyyət

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının qurultayla bağlı müraciətinə cavabın gecikməsinə aydınlıq gətirib.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, müraciət BŞİH-ə daxil olub və baxılır. Onun sözlərinə görə, BŞİH adətən daxil olan müraciətlərə o halda qısa müddət ərzində cavab verir ki, nə isə fövqəladə vəziyyət olsun: "Quruma daxil olan müraciət hansısa fövqəladə hadisə ilə əlaqədardırsa, dərhal baxılır. Müraciət təcili deyilsə, fövqəladə hal yoxdursa, sənədə normal qaydada baxılır".

Z. Ramazanov qeyd edib ki, Müsavatın müraciətinə qanunvericilik əsasında də baxılaraq, cavab veriləcək.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı açıqlamasında deyib ki, partiya fevralın 11-də qurultaya yer ayrılması ilə əlaqədar BŞİH-ə müraciət edib və qaydaya uyğun olaraq, müraciətə 15 gün ərzində cavab verilməlidir.

Qeyd edək ki, qurultayın mayın 24-də keçirilməsi planlaşdırılır.

AzNews.az
Bağla X