"Belə bir hadisənin baş verməsini heç kim istəməzdi" "Belə bir hadisənin baş verməsini heç kim istəməzdi"

Bahar Muradova: “Təxribat xarakterli açıqlamalar təəssüf yaradır”

"Belə bir hadisənin baş verməsini heç kim istəməzdi"




"AXCP-nin qəza hadisənin hakimiyyətlə əlaqələndirilməsi gülüncdür"

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Bahar Muradova deyib.

B. Muradova AXCP mərkəzi qərərgahının yerləşdiyi binanın zirzəmisində baş verən partlayışla bağlı iqtidara yönələn ittihamları cavablandırıb:
"AXCP mərkəzi qərərgahının zirzəmisində baş verən hadisə yalnız bir qəzadır. Belə bir hadisənin baş verməsini heç kim istəməzdi. Əsas odur ki, hadisəyə dərhal reaksiya verilib və meydana çıxan çətinliklər dərhal aradan qaldırılıb".

Deputat qeyd edib ki, qəzanın hakimiyyətlə əlaqələndirilməsi və bəzi müxalifətçilərin təxribat xarakterli açıqlamaları onda təəssüf yaradır.

Amid Əyyuboğlu
AzNews.az