23:22
(077) 610-22-33

Anar Nəcəfli efirə qayıdır - Açıqlama

  • >
2 279 7 Mart 2014 13:36 | Cəmiyyət


"Mart ayının sonlarında efirdə olacam".

Bunu AzNews.az-a açıqlamasında "Xəzər" televiziyasının "Xəbərlər" proqramının keçmiş aparıcısı Anar Nəcəfli deyib. Onun bildirdiyinə görə, aparıcıya bir necə kanaldan dəvət gəlib: "Dəvətlər çoxdur. Təbii ki, birinin üstündə dayandım. Amma efirdə görüməyənə kimi işləyəcəyim kanalın adını demək istəmirəm".

Qeyd edək ki, Anar Nəcəfli fevral ayının əvvəlində "Xəzər TV"dən istefa verib. O, istefasının səbəbini səhhətində yaranan problemlərlə əlaqələndirmişdi.

Bahar
AzNews.az
Bağla X