"Özüm hüquqşünas adamam" "Özüm hüquqşünas adamam"

Çingiz Abdullayev: “İstintaqa gedəcəyəm, qorxmuram”

"Özüm hüquqşünas adamam"




Bu gün Yazıçılar Birliyində (AYB) "Qanun" nəşriyyatının Vergilər Nazirliyi ilə mübahisəsi və ümumən Azərbaycanda kitab nəşrinin durumuna dair dəyirmi masa keçirilib.

Modern.az-ın məlumatına görə, tədbirə Milli PEN Klubun sədri, AYB katibi Çingiz Abdullayev sədrlik edib.

O, bildirib ki, Vergilər Nazirliyi müstəntiqinin tələbi ilə istintaqa çağırıldığı halda ora gedəcək: "Mən də "Qanun"un müəlliflərindən biriyəm. İstintaqqa çağırıldığım təqdirdə mütləq gedəcəyəm. Heç nədən qorxmuram. Niyə də qorxum ki?! Özüm hüquqşünas adamam".

AzNews.az