20:36
(077) 610-22-33

Jurnalistləri təhqir edən SAM əməkdaşı danışdı

  • >
1 923 7 Mart 2014 16:23 | Cəmiyyət


"Mən facebook-da media nümayəndələrinin ünvanına "Cındır jurnalistlər" ifadəsini işlətməmişəm. Sizcə mən bu sözü işlədərəmmi?"

Bu sözləri AzNews.az-a Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Heydər Mirzə deyib.

O, jurnalist Eynulla Fətullayevin fikirlərini cəfəngiyyat adlandırıb: "Bu, Eynulla Fətullayevin növbəti cəfəngiyatıdır. Ümumiyyətlə, mən bu məsələ ilə bağlı şərh vermək istəmirəm. Başa düşə bilmirəm ki, söhbət nədən gedir və Eynulla Fətullayev niyə mənim adımı çəkib".

Eynulla Fətullayev isə jurnalistləri "cındır" adlandıran gənc məmura cavab vermək istəməyib. Əvəzində isə həmin yazışmasının mətnini AzNews.az-ın əməkdaşına təqdim edib:

"Heydar Mirza: Erkin, Vətəninə xidmət etmək, gecə və gündüz işləmək, evə gələndə yuxuda xəbərləri izləmək, ailənə yetirəcəyin vaxtı belə qurban vermək, bundan dəfələrlə yüksək olan digər yerlərdə maaşdan imtina edərək vəzifə borcuna sadiq qalmaq, rüşvətdən irgənmək, manqurtluqdan irgənmək, ölkənin gələcəyini firavan görmək və bunu üçün əlindən gələni etmək, maarif və təhsilin güclənməsini güdmək və s. kimi müsbət keyfiyyətlər bu bir qrup cındır jurnalistlər tərəfdən sadalanan adamların bir çoxunda var. Əgər bu keyfiyyətlər nurçuluqdursa, o zaman mən də nurçuyam, qəmiş ölçüm boyunlarına".

Xatırladaq ki, bu gün Azərbaycan Mətbuat Şurasının təşkil etdiyi "Dini etiqat azadlığı, missionerlik fəaliyyəti və media" adlı konfransda "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşının dövlət əleyhinə olan fəaliyyətindən və jurnalistləri təhqir etməsindən də söz açıb:

"Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin bir işçisi var. Adı Heydər Mirzədir. Nurçuluqla bağlı yazılanlara görə dünən "Fasebook"da jurnalistlərin ünvanına belə bir ifadə işlətdi: "Cındır jurnalistlər"".

Amid
AzNews.az
Bağla X