Martın 10-11-də yağmurlu hava şəraiti olacaq


Martın 10-11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

APA TV-nin xəbərinə görə, martın 10-da gecə və 11-də səhər saatlarında yarmadanın bəzi yerlərində az yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi martın 11-də axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu isə günorta saatlarında 9-14 dərəcə intervalında dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın sözlərinə görə, bölgələrimzdə də hava şəraiti martın 10-da əsasən yağmursuz keçəcək. Sabah axşamdan etibarən birisi gün səhər saatlarında cənub və qərb rayonlarında az yağıntı olacağı ehtimal olunur. Havanın temperaturu mərkəzi aran rayonlarında günorta saatlarında 12-17 dərəcə isti, dağlarda isə günorta saatlarında 5-10 dərəcə intervalında dəyişəcək.

Martın 10-da cənub-şərq küləyinin arabir güclənməsi, eləcə də martın 11-də mülayim şimal-qərb küləyi əksər meteohəssas insanlarda diskomfort yarada bilər.

AzNews.az