02:30
(077) 610-22-33

Böyük Şorun 300 hektarı abadlaşdırılacaq- FOTOLAR

  • >
2 283 11 Mart 2014 12:06 | Cəmiyyət

"Böyük Şor gölünün bərpası layihəsinin" ilkin təqdimat mərasimi keçirilib.

AzNews.az-ın məlumatına görə, təqdimat mərasimində çıxış edən "Təmiz Şəhər" ASC-nin ətraf mühitin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev bildirib ki, prezident İlham Əliyev Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb:

"Fərmana görə, Bakı şəhərində yerləşən Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetmə İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib. Ümumilikdə ölkə başçısı tərəfindən Abşeronda 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması qarşımıza əsas vəzifə kimi qoyulub və tədqiqat işləri aparılıb. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına kimi Böyük Şor gölünün 300 hektar ərazisi təmizləmələyərək, şəffaf gölə çevirəcəyik".

Layihənin məsləhətçi-rəhbəri Mirzəxan Mənsimov deyib ki, gölün su səthi 1150 hektar, həcmi isə 22 milyon kubmetrdir:

"Göl ekoloji çirklənməyə məruz qalıb. Bakıda keçiriləcək I Avropa Oyunlarına qısa müddət qaldığından birinci mərhələdə gölün 300 hektar ərazisi təmizlənərək abadlaşdırmaq qərarına gəlmişik. Sözü gedən ərazinin çirklənməyə məruz qalmaması üçün hasarlanması, bəndlənməsi, geniş parkların salınması, həmçinin fantanlar kompleksinin yaradılması, dib dərinləşdirmə, tullantıların idarə olunması nəzərdə tutulur".

M. Mənsimovun sözlərinə görə, Böyük Şor gölü təmizlənərək üzərindən 6 zolağlı avtomobil yolu çəkiləcək: "Balaxanı avtomobil yolu Ziya Bünyadov prospekti ilə birləşdiriləcək".

Amid
AzNews.az
Bağla X