“Ermənilər “Nobel” verən olsaydı...” – Əkrəm Əylisli


"Məndə olan məlumata görə, bu sənədi dünyaca məşhur 14 nəfər alim imzalayıb. İstəyirəm ki, bizim mətbuat qərəzli məlumatlar verməsin. Yəni bu işdə erməni barmağının olduğunu car çəkməsinlər. Ermənilər Nobel mükafatı verən olsaydı, öz aralarında bölüşərdilər. Daha azərbaycanlıya niyə verirdilər".

Bunu AzNews.az-a yazıçı Əkrəm Əylisli əsərinin "Nobel" sülh mükafatına təqdim edilməsinə münasibət bildirərkən deyib. Yazıçı deyib ki, əsas məsələ "Nobel" mükafatını qazanmaqdır: "Amma orada xeyli sayda namizəd var. Onların arasında dünyada tanınan ədəbiyyat və siyasət adamları var. Amma mən bilmirəm ki, onların arasında o mükafatı qazana biləcəm, ya yox. Bu gələcəyin işidir".

Bahar Rüstəmli
AzNews.az