14:08
(077) 610-22-33

Baş nazir istefa verdi

  • >
1 722 12 Mart 2014 08:19 | Cəmiyyət

Liviyada yaranmış siyasi çəkişmələr fonunda parlamentdə keçirilən etimadsızlıq səsverməsindən baş nazir Əli Zidan məğlub ayrılıb. 123 deputat onun hakimiyyətdə qalmasının əleyhinə səs verərək, Zidanı faktiki olaraq tutduğu vəzifədən uzaqlaşdırıb.

Baş nazirin işinin etimadsızlıq səsverməsinə qədər gəlib çıxmasına bu həftə yaşanan gərginlik təsir göstərib. Belə ki, şərq əyalətindəki limanı öz nəzarətlərində saxlayan döyüşçü qrup, mərkəzi hökümətə tabe olmayaraq, müstəqil şəkildə neft satacaqlarını bəyan edib. Ölkənin əsas portlarından olan Əl Sidr limanını ələ keçirmiş döyüşçülər hökümətin icazəsi olmadan Liviya limanına daxil olmuş Şimali Koreya bayraqlı tankerə neft doldurmağa cəhd etməklə tərəflər arasında 3 günlük gərginliyin yaşanmasına yol açıb. Liviya konqresinin sözçüsü Ömər Həmdan, Əli Zidanın əvəzinə Müdafiə naziri Abdulla Əl Zaninin müvəqqəti baş nazir təyin olunduğu və deputatların yeni baş naziri seçəcəyi vaxta qədər onun Livan hökümətin başçılıq edəcəyini açıqlayıb.

Bazar ertəsi rəsmi Tripoli qoşunların həmin tankeri nəzarətə götürdüyünü açıqlasa da, döyüşçülər bu məlumatı təkzib edib. Etimadsızlıq səsverməsinə gəlincə, hakimiyyətdən getməsi ilə bağlı baş nazir Əli Zidandan hər hansı şərh gəlməyib bu isə yeni silahlı münaqişə potensialını artırır. Çünki Liviyada siyasətçilərin çoxu regional və ideoloji baxımdan bir araya gələn döyüşçülər tərəfindən dəstəklənir. Çoxlarının konqresin çıxardığı qərara qarşı çıxacağı aydın məsələdir.(anspress)

Bağla X