01:58
(077) 610-22-33

Arzu Rəhimov Şamaxıda vətəndaşlarla görüşdü

  • >
829 13 Mart 2014 11:59 | Cəmiyyət

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov 13 martda Xidmətin Şamaxı rayon şöbəsinin inzibati binasında Qobustan, Ağsu, İsmayıllı və Şamaxı rayon sakinlərinin qəbulunu həyata keçirib.

Xidmətdən AzNews.az-a verilən məlumata görə, qəbulda 25-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

AzNews.az
Bağla X