Millət vəkili Zaur Baxşəliyevə görə ATV-ni ittiham etdi

"Zaurun "Ümid var" verilişində yayımlanan video əxlaq normalarına ziddir. Əlbəttə, bu qınanmalı bir haldır".

Bunu AzNews.az-a Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov deyib. Onun fikrincə, Azərbaycan cəmiyyətində qəbul olunmuş etik normalar var və hər kəs o normaya riayət etməlidir:

"Bütün hallarda televiziyalarda etik normalar olmalıdır. Cəmiyyətdə olan etik normalar televiziyalarda da qorunub saxlanılmalıdır. Düzdür, Milli Televiziya və Radio Şurası müəyyən qadağalar qoyur. Millətə xas xüsusiyyətlər var. İnsan ola bilər ki, psixoloji vəziyyətə düşüb istənilən televiziyaya müraciət edə bilər. Amma bu o demək deyil ki, veriliş rəhbəri də onun hissinə qapılıb nəyisə yayımlasın. Ümumu əxlaq norması var".

Qeyd edək ki, dünən ATV telekanalının "Ümid var" verilişdə Ağcabədi rayon sakini həyat yoldaşının başqa kişi ilə olan intim münasibətini yayımlayıb. Ağcabədidən olan kişi kanaldan yardım istəyib. Bu videodan sonra isə verilişdə iştirak edən qonaqlar "Ümüd var"ı tərk edib.

Bahar Rüstəmli
AzNews.az