- Köhnə - Cəmiyyət
- 13 Mart 2014 15:40
- 3 515
Deputatdan cavab: “Jirinovskinin sərsəm fikirlərinə ciddi yanaşmağa dəyməz”
V. Jirinovski deyib ki, Azərbaycan və Ermənistan heç zaman Qarabağla bağlı razılığa gəlməyəcəklər: "Buna görə də ən yaxşısı Qarabağın Rusiyanın tərkibinə daxil edilməsidir. Belə olan təqdirdə həm ermənilər inciməyəcək, həm də azərbaycanlılar bununla barışacaqlar. Çünki Qarabağ Ermənistanda qalmayacaq və Rusiyanın tərkibinə keçəcək".
V. Jirinovskinin açıqlmasını münasibət bildirən Milli Məclisinin deputatı Çingiz Qənizadə isə rusiyalı siyasətçinin fikirlərini tənqid etməklə yanaşı bildirib ki, Dağlıq Qarabağ məsələsinin həlli Jirinovskinin vətəndaşı olduğu ölkədən - Rusiyadan daha çox asılıdır: "Elə məsələnin indiyə qədər həll edilməməsində də Rusiya maraqlı olub. Qarabağın Rusiyaya birləşdirilməsi kimi Jirinovskinin sərsəm təklifinə gəlincə isə qeyd etmək istəyirəm ki, bütün zamanlarda kralların, şahların, ümumiyyətlə birinci şəxslərin ətrafında təlxəklər hərlənib. Ona görə də bu cür təlxəklərin sərsəm fikirlərinə ciddi yanaşmağa dəyməz".
AzNews.az