05:52
(077) 610-22-33

İlham Əliyev Fransanın keçmiş baş nazirini qəbul etdi

  • >
585 13 Mart 2014 16:28 | Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Fransa Respublikasının keçmiş Baş naziri Dominik de Villpeni qəbul edib.

Keçmiş Baş nazir Dominik de Villpen ölkəmizin əldə etdiyi yüksək iqtisadi inkişaf tempinə görə Prezident İlham Əliyevi təbrik edib.

Azərbaycandakı iqtisadi artıma toxunan fransalı qonaq bu cür əhəmiyyətli nəticələrin Avropada da olmasını arzu etdiklərini vurğulayıb.

O, Şərq ilə Qərb arasında körpü rolunu oynayan, dünyəvi dəyərləri cəmiyyət üçün prioritet hesab edən Azərbaycanın regiondakı rolunu xüsusi qeyd edib. Dominik de Villpen ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı ilə yanaşı, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verildiyini bildirib. Fransanın Azərbaycan üçün əhəmiyyətli tərəfdaşlardan biri olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu deyib. İqtisadi sahədə əlaqələrin inkişafına toxunan Prezident İlham Əliyev əməkdaşlığımızın bu istiqamətdə daha da genişləndirilməsi üçün də qarşılıqlı marağın olduğunu bildirib.

AzNews.az
Bağla X