16:53
(077) 610-22-33

Ordudan gedən generallar - VİDEO

  • >
1 438 13 Mart 2014 22:24 | Cəmiyyət

Başda Səfər Əbiyev olmaqla, 8 generalın Silahlı Qüvvələrdən ehtiyata buraxılması orduda çox ciddi və əsaslı dəyişiklikləri göstərməklə yanaşı, həm də bu suala aktuallıq qazandırır.

Bu dəyişikliklər nəyə xidmət edir? Bəlkə müharibəyə hazırlaşırıq? Axı bu ilin mayında atəşkəs haqqında razılaşmanın müddəti bitir. Deməli, ya yeni razılaşma əldə olunmalı, ya da məsələ hərbi yolla həllini tapmalıdır. Sabiq müdafiə naziri Dadaş Rzayevin fikrincə, bu məsələdə sensasiya axtarmağa dəyməz. Müsahibim deyir ki, generallar yaşa görə təxris olunublar.

Yaxşı bəs onda bu 20 ildə niyə bir general da qəfildən və yaxud aparılan yoxlamalar nəticəsində ehtiyata göndərilmirdi? Sualın cavabından asılı olmayaraq nəticə budur ki, baş qərərgahda yüksək hərbi vəzifələr tutan generalların ehtiyata buraxılması həmin postları daha ciddi adamlarla möhkəmləndirmək mahiyyəti daşıyır. Bəs yaxşı ehtiyata göndərilən bu generallar ordunun inkişaf tarixində nə ilə yadda qaldılar?

Məsələn, Səfər Əbiyev düz 20 il müdafiə naziri kürsüsündə əyləşib. Onu hətta parlament tribunasından belə kabinet naziri kimi xarakterizə ediblər. Yəni, Səfər Əbiyev ciddi bir islahatı və yaxud Qarabağ münaqişəsində əhəmiyyətli taktiki gedişi ilə fərqlənməyib. Əksinə orduda idarəçilik böhranı, korrupsiya, intriqalar, əsgər ölümləri və s. Səfər Əbiyevi vaxtaşırı tənqid hədəfi kimi gündəmə gətirib. Amma ordunun maddi-texniki təchizatında, silahlanmasında konstruktiv dəyişikliklər də olub ki, bunu da danmaq olmaz. Yəni bu gün Azərbaycan ordusu zənnimcə torpaqlarımızı azad etmək gücündə və qabiliyyətindədir.

Və yaxud Məmməd Beydulalyev uzun müddət nazir müavini olub, ordunun kadr siyasətini yönəldib. Hərbi məktəblər onun zamanında yeni statusda, Türkiyə silahlı quvəvləri ilə əməkdaşlıq çərçivəsində formalaşdırılsa da, sonradan bu təhsil sistemi dağılıb və köhnə sistemə uyğunlaşdırılıb. Bunun nəticəsidir ki, bu gün ali məktəblər sırasında ali hərbi məktəblər ən aşığı nüfuza malikdir və bu məktəblərə də elə ən aşığı balla daxil olanlar var.

Hər halda, müəyyən tərədüddlü məqamlar olsa da, atəşkəsin vaxtının bitdiyi bir məqamda orduda bu dəyişikliklər bizi Qarabağ münaqişəsinin həllindəki dəyişikliklərə ruhlandırır. Təki, bu, şəhidlərimizin ruhunun sevinməsi ilə nəticələnəydi...

)


AzNews.az
Bağla X