21 yaşlı gənc qızı zorla qaçırtdılar - VİDEO

Qaçırıldığı iddia edilən 21 yaşlı Nərgiz Namazovanın onu qaçıran şəxslə bərabər videogörüntüləri yayılıb. Videogörüntüdə Nərgiz valideynlərinin dediyini təkzib edərək könüllü olaraq Teymur adlı şəxslə ailə qurmaq üçün getdiyini bildirir.

Qaçırılan Nərgiz Namazova: "Mən Teymura könüllü olaraq getmişəm, özüm istəmişəm. Məni heç kim məcbur etməyib. Mən onunla ailə həyatı qurmaq üçün getmişəm."

Nərgiz könüllü olaraq getdiyini bildirsə də ailəsi onun ötən gün onun zorla qaçırıldığını, hətta onlara güc tətbiq edildiyini bildirmişdi.

Hazırda faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır. Araşdırılmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

)


AzNews.az