"Azərbaycan cəmiyyəti öz təbii intibahına yetişməyib" "Azərbaycan cəmiyyəti öz təbii intibahına yetişməyib"

“Plüralizm olmayan bütün verilişlər bağlansın” – Zeynal Məmmədli

"Azərbaycan cəmiyyəti öz təbii intibahına yetişməyib"



"Televiziya verilişləri cəmiyyətin duyğularını, istəklərini doğrudan-doğruya əks etdirməlidir. Amma təəssüf ki, bizdə bu tendensiya müşahidə olunmur"

Bu sözləri AzNews.az-a media eksperti Zeynal Məmmədli (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlinin açıqlamasına münasibət bildirərkən deyib.

"Zeynal Məmmədlinin sözlərinə görə, nəinki "Ümid var" formatlı verilişlər, həmçinin televiziya məkanında bir çox verilişlər bağlanmalıdır:

"Yəni təkcə bu tipli zahiri mentalitetdə ədəbsiz görünən verilişlər yox, ancaq bir fikir olan, plüralizm olmayan bütün verilişlər ədəbsiz görünsün və MRTŞ tərəfindən ictimaiyyəti narahat edən veriliş kimi onları qiymətləndirsin".

Ekspert televiziya məkanında yaranan problemləri SRRİ müstəmləkəçiliyinin təzahürü hesab edir: "Biz totalitar SSRİ-dən çıxmışıq. Orda bir lider, bir fikir var idi və partiya sənin əvəzindən düşünürdü. Sənin işin isə partiyanın dediklərinə əməl etmək idi. Biz də elə cəmiyyətdən çıxmışıq. Azərbaycanın tarixi keçmişində də çox təəssüf ki, məhz totalitar formasiyalar üstün olubdur. Bir tərəfdən də Azərbaycan cəmiyyəti öz təbii intibahına yetişməyib.

Axundovdan bu yana başlayan inkişaf ötən sərin 16-17-ci ildə panturkizm, panislamizm adı ilə daha sonra 20-ci illərdə rus bolşevizmi ilə yox olub getdi. Azərbaycanın özündə urbanizasiya davam etmədi və ölkəmiz bir-birindən təcrid olunmuş aqrar kənd cəmiyyəti kimi qaldı. Bu cəmiyyətlərdə də ümumi ortaq ideya, insanların ortaq yaddaşı formalaşa bilmir"

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ATV Bədii Şurasının "Ümid var" verilişinin bağlanılması haqda qərarına münasibət bildirərkən deyib ki, insanları və ictimaiyyəti narahat edən bütün televiziya verilişləri bağlanacaq.

İlqar
AzNews.az