- Köhnə - Cəmiyyət
- 14 Mart 2014 12:39
- 3 234
İlham Əliyev italiyalı prezidenti qəbul etdi
Azərbaycan ilə İtaliya arasında yaxşı əməkdaşlığın mövcud olduğunu vurğulayan dövlət başçısı ölkəmizin İtaliyanın müxtəlif regionları ilə də yaxın əlaqələr qurmaqda maraqlı olduğunu deyib. İqtisadi sahədə İtaliyanın ölkəmizin əsas tərəfdaşlarından biri olduğunu vurğulayan Prezident İlham Əliyev digər sahələrdə də əlaqələrimizin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.
İtaliya Respublikasının Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serakkiani təmsil etdiyi regionun Azərbaycan ilə ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə əlaqələrimizin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzNews.az