03:49
(077) 610-22-33

Aydın Əliyev müraciətləri dinləyəcək

  • >
1 382 14 Mart 2014 16:16 | Cəmiyyət

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Qəbələdə vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitənin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev martın 28-də saat 11:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (Qəbələ şəhəri, 28 May küçəsi, 40) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

AzNews.az
Bağla X