13:37
(077) 610-22-33

Pulsuz məktəbli forması kimlərə veriləcək?

  • >
676 27 Avqust 2012 13:41 | Cəmiyyət

Yeni dərs ilinin başlanması ərəfəsində bəzi kateqoriyadan olan şagirdlərin məktəbli forması ilə təminatında yenilik tətbiq olunacaq. Belə ki, şəhid ailələri, məcburi köçkün və aztəminatlı ailələrin övladlarına məktəbli forması pulsuz veriləcək.

Bunu AzNews.az-a Milli Valideyn Müəllim Assosiasiyasının (MVMA) icraçı direktoru Təranə Şərifova bildirib. Onun sözlərinə görə, bu kateqoriyadan olan şəxslər MVMA - ya arayış təqdim etdikdə onlara pulsuz forma əldə etmək imkanı yaradılacaq:"Assosiasiya bu arayışlar əsasında Bakı Tikiş Evinə məktub təqdim edir və bu məktub sahiblərinə formalar pulsuz verilir".

E.Əlosmanqızı
AzNews.az
Bağla X