AMEA - nın 70 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, 2015-ci ildə respublikanın ali elmi qurumu AMEA-nın təsis edilməsinin 70 ili tamam olur.

Nazirlər Kabinetinə AMEA ilə birlikdə Akademiyanın 70 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etmək barədə tapşırılıb.

AzNews.az