16:00
(077) 610-22-33

SOS-un itkin uşaqlardan xəbəri yoxdur

  • >
1 462 27 Avqust 2012 14:20 | Cəmiyyət

Bu il aprel ayının 10-da "Bakı SOS Gənclər Evi"ndən itkin düşən Elşən Allahverdiyev və Orxan Nəsibovun axtarışları nəticəsiz qalıb. 4 ay əvvəl düşərgəni özbaşına tərk edən uşaqların taleyindən hələ də xəbər yoxdur.

Yeniyetmələrin düşərgədən qaçmalarının səbəbi çətin tərbiyə olunan uşaqlar üçün Qubada fəaliyyət göstərən mərkəzə göndərilmələri barədə qəbul edilən qərar olub. Əvvəllər də nizamsız davranışları ilə fərqlənən yeniyetmələrin bu qərara etiraz edərək daha sonra düşərgəni tərk erdikləri güman olunur.

"SOS Gənclər Evi"ndən AzNews.az-a verilən məlumata görə, yeniyetmələrin harada olması barədə rəsmi məlumat yoxdur: "Sadəcə uşaqların Bakı və Sumqayıtda avtomobillərin yuyulması üçün nəzərdə tutulan yerlərdə gördüyünü deyənlər var. Amma bunlar rəsmi olaraq təsdiqlənməyib. Polişlə mütəmadi olaraq əlaqə saxlayırıq, ancaq indiyə qədər uşaqlar tapılmayıb".

Qeyd edək ki, yeniyetmələrin axtarışı ilə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi məşğul olur.

E.Əlosmanqızı
AzNews.az
Bağla X