03:18
(077) 610-22-33

Nazir: “Biz artıq qadağalardan danışmamalıyıq“

  • >
817 15 Mart 2014 11:47 | Cəmiyyət

İndi Boloniya sisteminə keçid tələbələrə imkan verir ki, təhsil planını və müddətini özü planlaşdırsın. Tələbələrə təsir imkanları minimuma endirilib. Artıq tələbənin ali məktəbdən xaric olunması kimi hallar aradan qaldırılır. Bunu bu gün Bakıda təhsil naziri Mikayıl Cabbarov təhsil uğurları ilə seçilən tələbələrlə görüşündə çıxışı zamanı deyib.

Nazir bildirib ki, akademik müvəffəqiyyətsizlik olduğu təqdirdə tələbəyə bir daha həmin proqramı mənimsəməsi üçün şans verilir: "Biz artıq qadağalardan deyil, yeni imkanlardan və mütərəqqi düşüncəyə əsaslanan tədris mühitinin üstünlüklərindən danışmalıyıq".

M.Cabbarov bildirib ki, müasir dövrdə yüksək ixtisaslı kadr hazırlığı məsələsi aktual olaraq qalır.

Görüşdə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində ali təhsilin üzərinə düşən öhdəliklər, tələbə və müəllim əməkdaşlığı, universitetlərin elm-təhsil-innovasiya üçbucağı kimi dərk olunması, tələbə elmi cəmiyyətlərinin rolunun artırılması kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, görüşdə 22 təhsil ocağından 120-dən çox tələbə iştirak edib.

AzNews.az
Bağla X