Nazir Nərimanovdakı kənd təsərrüfatı yarmarkasına gəldi - FOTO

Kənd Təsərrüfatı Nazirliyi Novruz bayramı ilə əlaqədar müvafiq qurumlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkilinə başlayıb.

AzNews.az-ın məlumatına görə, bu cür yarmarkalar Bakının müxtəlif yerlərində olduğu kimi, Nərimanov rayonunda da təşkil edilib. Artıq rayonun "Gənclik" metrostansiyasının yaxınlığında yarmarkaya start verilib. Bunun üçün müasir standartlara uyğun və qapalı formada yer təşkil edilib. Yarmarkada respublikanın 10 rayonundan gətirilmiş 100-ə yaxın çeşiddə kənd təsərrüfatı məhsulları təzə və keyfiyyətli olmaqla yanaşı, eyni zamanda ənənəvi bazarlardan ucuz qiymətə əhaliyə təqdim olunur.

Kənd Təsərrüfatı naziri Heydər Əsədov, rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər şəxslər yarmarka ilə tanış olub və əhalinin bayram günlərində daha ucuz və keyfiyyətli ərzaq məhsulları təmin olunmasına dair müvafiq tapşırıqlar veriblər.








Amid
AzNews.az