04:42
(077) 610-22-33

Ceyhun Osmanlının türkiyəli ortağı nurçu çıxdı - Video

  • >
1 043 15 Mart 2014 18:33 | Cəmiyyət

Londondakı Kino və Televiziya Sənəti Akademiyasında Azərbaycanın "Osmanlı Film" və Türkiyənin "Gülərüz Film" şirkətinin birgə istehsalı olan "Qafqaz" bədii filminin tədimat mərasimi ilə bağlı "Axar.az"ın əməkdaşı olduqca maraqlı bilgi əldə edib. Məlumata görə, Ceyhun Osmanlı ilə yaxın dostluq əlaqələri olan və filmin çəkilməsində iştirak edən "Gülərüz Film" şirkətinin sahibi Ərhan Güləryüz "Gülən camaatı"na bağlıdır. Ərhan Güləryüz Fətullah Gülən hərəkatının incəsənət adamları içərisindəki əsas kadrı olmaqla bərabər, Fətullah Gülənin sözlərinə yazılmış bir neçə mahnının da müəllifidir. Deputat Osmanlıya aid olan "Osmanlı film" şirkəti ilə "Gülən hərəkatı"na bağlı olan və nurçuluğun yaradıcısı Səid Nursi haqqında filmlər çəkən, Fətullah Gülənin şeirlərinə mahnılar bəstələyən Ərhan Gülərüzün ortaqlığı diqqət çəkməyə bilməz.
Məsələ ilə bağlı millət vəkili ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz bəhrə vermədi.

Bağla X