İdris Heydərli İdris Heydərli

O dünən

İdris Heydərli



Ruslar - Orta Asiya olaraq tanıtdılar onları. Onlar Türküstanın tək sahibləri idilər. Bu gün qırğız var, qazax var, özbek var, tatar var, başqırd var, ...var. Bu varların hər birinin düşüncəsində dünən yoxdur. Dünən rus tarixşünaslığının onlara verdiyi nəzəriyyələrdir.

Çöl həmin çöldür, Sularda. Sadəcə Ceyhun Amudəryadır, Seyhun Sırdərya. Xaraba şəhərlərdə milçəklər, yeni şəhərlərdə rusca hakimdir. Ruslar əski mərkəz şəhərləri viranə qoyub, yeni şəhərlər yaratdıqdan sonra bu ərazilərə tam sahib ola biliblər. Almaata da rusun şəhəri, Bışkek də, Daşkənd də. Otrar, Özgen, Türküstan, Balasaqun xərabələri dünənlə bağlantısı olmayan iztirablı yaddaşdan başqa , bir də muzey əşyalarının eskponatları kimi maraqlıdır.

Qırğızlar üçün qazaxlar düşmən, qazaxlar üçün qırğız adlı kimlik yoxdur. Özbək kimliyi isə bir müəmmadır. Monqol kimlikdir, yoxsa tayfa birliyi? Fərqanə vadisi ilə Buxara vadisi arasında Türk və Sogq savaşının gizlinlərində Sartlarının amacı nə idi?

Nəzəriyyə istehsal edən beyinlərin hər şeyə hazır cavabları olar. Tarix dediyimiz elm də bu nəzəriyyələrin üzərində qurular. Türküstanı bilən bir tək Rusdur. Onlar istədikləri nəzəriyyəni bu ərazilərə və kimliklərə tətbiq edib, istədəkiləri məhsulu ala bilmək gücündədir.

Biz nə istəyirik?
Anlamaqmı?
Tanımaqmı?

Var olan bu dünyada mövcud sistemin içində yeni düzən problemi yaşanır. Yeni düzən sistem olaraq hansı dəyərlərə və hansı fəlsəfəyə əsaslanacaq məsələsini çözə bilməyən Qərb Roma İmperiyası kimi qurubunu yaşayır.

Biz dünənlə bağlarımızı bərpa etmək məcburiyyətindəyik. O "dünən" kimlərinsə nəzəriyyələri ilə hazırlan dünən deyil, bizim kimlik olaraq təməllərimizi bərpa edəcək bir DÜNƏNdir.

Daşınan kültürlərdir, kəsişən mədəniyyətlər. İman olmayınca yollar islahsız qalar, heç bir şey zatını tanıya bilməz.
Xəzər bir səddir.
Tarix və zaman içində düzən problemi yaşandığı zaman bu səddin hansı sistemə daxil olacağından asılı olaraq Yeni düzən yaranır.

AzNews.az