09:52
(077) 610-22-33

Cəlilabadla “Haqq-hesab”- FOTO

  • >
4 337 17 Mart 2014 10:02 | Cəmiyyət

AzNews.az bu dəfə Cəlilabadla haqq-hesab edib.

Cəlilabad rayonu Azərbaycan Respublikasının inzibati rayonu kimi 1930-cu ildə təşkil edilib. Rayon 1967-ci ilədək Astraxanbazar adlandırılıb.

Cəlil Məmmədquluzadənin 100 illik yubileyi şərəfinə rayonun adı dəyişdirilərək Cəlilabad adlandırılıb. Rayonda 2 şəhər, 119 kənd var. Bu bölgədə azsaylı xalqların nümayəndələri – ruslar və yəhudilər də yaşayır. Rayonun çoxsahəli iqtisadiyyatında çalışan 25 nəfər insan müxtəlif illərdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. Onlardan 4 nəfəri bu gün də yaşayır və prezident təqaüdü alır.

Təsərrüfat işlərində olduğu kimi, cəlilabadlılar bütün dövrlərdə vətənin çağırışına da ön cərgələrdə gediblər. Bu vətənpərvərlik hissi İkinci Dünya Müharibəsi illərində bir daha özünü göstərib. 6289 nəfər cəlilabadlı bu müharibədə iştirak edib. Onlardan 878 nəfəri həlak olub, 2205 nəfəri itkin düşüb, 3083-ü isə cəbhədən salamat qayıda bilib. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə yüzlərələ cəlilabadlı gənc erməni işğalçılarına qarşı döyüşdə fədakarlıq göstərib. 172 döyüşçü müharibədə həlak olub.

Müharibə iştirakçılarından 5 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Hazırda rayonun əhalisinin sayı 205047 nəfərə çatıb. Bu gün Cəlilabad rayonunun sosial-iqtisadi inkişafı məqsədilə bölgədə dövlət layihələri həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən ötən 2 ildə Prezidentin ehtiyat fondundan 2 dəfə vəsait ayrılıb. Prezidentin Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamları ilə ayrılan vəsait hesabına rayonda bir sıra abadlıq və yenidənqurma işləri də həyata keçirilib.

Rayonun bugünkü vəziyyətini əks etdirən fotoları təqdim edirik:

AzNews.az
Bağla X