“Ölməmişəm, sağ-salamatam” – Qəza xəbəri yayılan müğənni


"Ölməmişəm, sağ-salamatam. Hansı qəzadan söhbət gedir, anlamıram".

Bunu AzNews.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib. Onun sözlərnə görə, hər-hansı qəza keçirməyib:

"Mən ömrü boyu qalmaqaldan uzaq olmuşam. Amma barəmdə belə bir xəbərin yayılmasını eşitdim üzüldüm. Yazıblar ki, müğənninin yanında dostları olub. Bəs, o, dostların kimliyini niyə yazmayıblar? Yenə qalmaqal adamı olsaydım, bu xəbərin yeri vardı. Mənim bütün jurnalistlərə hörmətim var. Amma bildirmək istəyirəm ki, belə xəbərlərdə bir az diqqətli olun. Mənə heç nə olmayıb, istəyirlərsə efirə çıxım görsünlər".

Xatırladaq ki, müğənni Ruhəngiz Allahverdiyevanın avtomobil qəzasına düşdüyü barədə məlumatlar yayılıb. Məlumata görə, əməkdar artist Ruhəngiz Allahverdiyeva avtomobil sürməyi öyrənmək istəyirmiş.

Bahar Rüstəmli
AzNews.az