08:48
(077) 610-22-33

Metro ticarətçiləri 5 yerə bölündü – Rəsmi

  • >
1 795 17 Mart 2014 13:26 | Cəmiyyət


"Metro stansiyaların keçidlərində obyektləri sökülən ticarətçilərin yeni yerlərlə təmin olunması başlayıb".

Bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətin rəhbəri Əliabbas Bağırov deyib.

O bildirib ki, artıq 40-a yaxın sahibkar onlar üçün nəzərdə tutulan 5 ticarət mərkəzində yer götürüb: "Onlar üçün əvvəlcədən nəzərdə tutulmuş "Amay", "Yeni Günəşli", "Keşlə bazarı", "Yaşıl bazar" və "Şərq bazarı" ticarət mərkəzilərində yer ayrılıb. Bu təkliflə razılaşan sahibkarlar ticarət obyektlərinin rəhbərləri tərəfindən 3 ay müddətində dövlət rüsumundan azad olunublar".

Onun sözlərinə görə, bəzi sahibkarlar isə "Sədərək" və "Binə" ticarət mərkəzlərinə üstünlük veriblər.

Qeyd edək ki, metro keçidlərində köşklərin sökülməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sərəncam imzalayıb. Sərəncama əsasən metroda çalışmış bütün sahibkarlar "Amay" və "Yeni Günəşli" ticarət mərkəzlərində, "Keşlə", "Yaşıl" və "Şərq" bazarlarında yerlər təklif olunur.

Amid
AzNews.az
Bağla X