20:46
(077) 610-22-33

“Bu gündən müalicəni evdə davam etdirəcəyəm” - Hacı Mirəziz

  • >
814 17 Mart 2014 14:23 | Cəmiyyət


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri, Qazılar Şurasının üzvü Hacı Mirəziz Seyidzadə xəstəxanadan evə buraxılıb.

O özü AzNews.az açıqlamasında bildirib ki, hazırda səhhəti normallaşıb və özünü yaxşı hiss edir: "Əvvəlki günlərə nisbətən vəziyyətim yaxşılığa doğru gedir. Həkimlərin ciddi nəzarəti altında bu gündən müalicəni evdə davam etdirəcəyəm".

M. Seyidzadə hələlik xaricdə müalicə almasına ehtiyac olmadığını da deyib. Xatırladaq ki, Mirəziz Seyidzadə martın 3-də beyin-qan dövranının pozulması və hipertoniya diaqnozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Amid
AzNews.az
Bağla X