17:09
(077) 610-22-33

“Elnur Aslanov gərək, belə əyri yollara baş vurmazdı”

  • >
4 745 17 Mart 2014 16:29 | Cəmiyyət

"Elnur Aslanova yüksək etimad göstərmişdilər və bu etimadı öz vətəni, milləti xətrinə doğrultmaq onun borcu idi".

Bu sözləri AzNews.az-a politoloq Qabil Hüseynli Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun vəzifədən azad edilməsinə münasibət bildirərkən deyib.

Qabil Hüseynli bildirib ki, belə bir böyük vəzifəyə sahib olan Elnur Aslanov kökləri şübhəli mənbəyə bağlı olan bir qurumla əlaqəyə girməsi təəssüfləndirici haldır:

"Cavan bir kadrın belə bir yol tutması məni bir azərbaycanlı kimi çox təəssüfləndirdi. Elnur Aslanov gərək, belə əyri yollara baş vurmazdı.
Bu çox qorxulu haldır. Hesab edirəm ki, bu cərəyanın idarəetmə orqanında, aparatında başqa üzvləri varsa, heç bir güzəşt etmədən onlardan da qurtulmaq lazımdır. Çünki nurçular həqiqətən də məqsədləri bürokratik dini dövlət qurmaq və bu dövlətin hətta milli mahiyyətini dəyişmək fikrində olan adamlardır.

Onu da qeyd edim ki, Elnur Aslanov Azərbaycanda nurçu təriqətini tək təşkil edə bilməz. Böyük ehtimalla bu şəbəkənin təsiri altına düşən digər məmurlar da var ki, onlara qarşı da belə addımlar atılmalıdır".

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Elnur Aslanovun Azərbayandakı "nurçu" şəbəkəsinin əsas himayədarı olduğu haqda xəbərlər getmişdi.

İlqar
AzNews.az
Bağla X