Yeni rektor: “Kamal Abdullanın ənənəsini davam etdirəcəm“

"Qarşıda məni böyük işlər gözləyir"

Bunu Publika.az-a Prezident İlham Əliyevin sərəncamına əsasən Bakı Slavyan Universitetinə yeni rektorun təyin edilən Asif Hacıyev deyib.

"İlk növbədə bu, mənim üçün böyük məsuliyyətdir.

Qarşıda məni böyük işlər gözləyir. Əvvəlcə, Kamal Abdullanın qoyduğu ənənəni davam etdirəcəyəm".

Yeni rektor gələcəkdə kadr dəyişikliyinin ola biləcəyini də istisna etməyib.

AzNews.az