Azərbaycanda daha bir sayt fəliyyətə başladı - Aktual.az

Artıq bu gündən Azərbaycan mətbuatında daha bir sayt - Aktual.az fəaliyyətə başlayıb.
Bu barədə məlumatı AzNews.az-a tanınmış teleaparıcı Telman Məmmədov məlumat verib.

O bildirib ki, yeni yaradılmış portalda ölkənin bir neçə peşəkar jurnalisti çalışacaq. Həmçinin gənclərə də portaldakı jurnalistlərin tərübəsindən yararlanmaq imkanı yaradılacaq. Xəbər portalın məqsədi oxucuları dolğun, obyektiv, qərəzsiz xəbərlərlə təmin etməkdir. Bununla yanaşı, dünyada və ölkədə baş verən hadisələrlə bağlı müntəzəm olaraq analitik yazılar da dərc olunacaq.

Xatırladaq ki, Telman Məmmədov İTV-nin Analitik Proqramlar Departamentinin direktor müavini vəzifəsində çalışırdı. Cəmil Quliyev İTV-yə rəhbər təyin olunandan sonra o vəzifəsindən uzaqlaşdırılmışdı.


Azər
AzNews.az