18:06
(077) 610-22-33

Prezidentin sərəncamını Elnur Aslanovun saytları niyə dərc etmədi?

  • >
2 778 18 Mart 2014 09:20 | Cəmiyyət

Dünən dövlət başçısı İlham Əliyevin Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanovu vəzifəsindən azad etməsi ölkə gündəmində böyük rezonansa səbəb olub.

"Qafqazinfo" xəbər verir ki, nəinki yerli media, o cümlədən qonşu Türkiyə mətbuatında bu xəbər manşetlərə daşınıb. Xəbər isə daha çox nurçuların Azərbaycandakı əsas adamının vəzifədən azad olunması kimi təqdim olunub. Prezidentin bu sərəncamının daha çox müzakirə olunmasına səbəb də qeyd etdiyimiz kimi, son bir ayda demək olar ki, hər gün mətbuatda Elnur Aslanovun nurçuluqla əlaqələri və buna dair faktların dərc olunmasıdır.

Bu arada maraqlı bir məqam diqqətdən qaçmayıb. Belə ki, dünən prezidentin məlum sərəncamı ilə bağlı xəbər Elnur Aslanovun vəzifədə olarkən kurasiyasına daxil olan media orqanlarında ya verilməyib, yaxud da adi xəbər lentində önəmsiz bir informasiya kimi təqdim olunub. "Bakupost" saytı, "Yurd TV" internet televiziyasında bu xəbər ümumiyyətlə yayımlanmasa da, "1 news.az, "Gun.az" və digər kiçik saytlarda isə qeyd etdiyimiz kimi, önəmsiz bir xəbər kimi oxuculara çatdırılıb.

Bu mövzu ilə bağlı sözügedən saytların axtarış bölməsində axtarış apararkən isə həmin mətbuat orqanlarının rəhbərlərinin nurçuluqla bağlı digər medialarda dərc olunan yazılara "Bəli, biz nurçuyuq..." tipli ironik reaksiyaları ortaya çıxır.

Qeyd edək ki, "Yurd TV" internet televiziyası, "Bakupost" və "Bakraboçi" qəzetlər(internet portallaraı ilə birgə), "1 news.az, "Gun.az", "ireli.tv", "iradio.az" və digər bir neçə internet portalına Elnur Aslanov nəzarət edir.

AzNews.az
Bağla X