11:41
(077) 610-22-33

Elnur Aslanovun “gənc lider”i

  • >
1 420 18 Mart 2014 10:38 | Cəmiyyət

Virtualaz.org saytına istinadən ASAİF-in sədri Ramin Hakimovla bağlı daha bir yazını təqdim edirik:

Əgər kimsə nə vaxtsa "Ən anlaşılmaz təşkilatlar"ın reytinq cədvəlini tərtib eləsə, Azərbaycan onların sayına görə birinci yeri tutar. Məsələn, bu yaxınlarda dəbdəbəli dövlət nömrə nişanına malik bahalı xarici maşın Neftçilər prospektində, Prezident Administrasiyasının və Heydər Əliyev Fondunun binalarının, necə deyərlər, lap burnunun ucunda avtoralli yarışı təşkil etmişdi (virtualaz.org saytı iki həftə öncə bu barədə yazmışdı). Bizim araşdırmamız nəticəsində bilirsinizmi hansı fakt üzə çıxdı?! Məlum oldu ki, həmin maşın Ziyalı Qadınlar Birliyinin adınadır. Təşkilatın adına diqqət edin.

Bəs bu sirli birlik nə işlə məşğuldur? Görünür, gecələr şəhərdə böyük sürətlə maşın sürməklə...

Lakin Azərbaycandakı anlaşılmaz təşkilatların başqa kateqoriyası da var. Bunlar əlbəttə ki, müxtəlif lobbi təşkilatlarıdır (onlara nəyə görəsə "qruplaşma" demək istədim). Bəs onlar nə işlə məşğuldur? Bunu nəinki onların yaradıcıları, deyəsən, hətta heç Tanrı da bilmir.

Və lap elə bu yaxınlarda bilmişik ki, ASAİF adlı belə təşkilatlardan birinin sədri yoldaş Ramin Hakimov orduya - hərbi xidmətə çağırılıb (bu xəbər yayılandan bir gün sonra Hakimov dedi ki, orduya könüllü gedir). Əsgərlik məsələsini hələ sonraya saxlayaq. Ortada sehrbazlıq məsələsi var.

"Xaricdə Təhsil Alan və Oxuyan Azərbaycanlı Tələbələrin və Məzunların Beynəlxalq Forumu" - ASAİF (qeyd edək ki, ASAİF Prezident Administrasiyası siyasi təhlil və informasiya şöbəsinin bu gün işdən çıxarılan müdiri Elnur Aslanovun patronajlığı altında fəaliyyət göstərir-red.) abbreviaturasının açılışı məhz belədir. Bəs onun məqsədi nədir?

Vikipediyanı açıb oxuyuruq: "Azərbaycanı dünyanın dörd bir tərəfində tanıtmaq məqsədilə tədbirlər keçirmək, lobbiçilik fəaliyyətini və diasporun fəaliyyətini həmişə dəstəkləmək..."

"Azad ensiklopediya"da daha sonra təşkilatın məqsəd və vəzifələri barədə geniş məlumat verilir. Daha sonra isə nümayəndələrin siyahısı gəlir. Siyahı çox böyükdür. Məsələn, Abbas Abbasov adlı hansısa bir nəfər Avstraliyanın kuratorudur (onun haqqında hətta "parlament üzvüdür" yazılıb, amma bunun nə demək olduğunu yalnız şeytan bilir). Hə, əziz oxucular, siz yatırsınız, amma az qala hər kenqurunun kisəsində Azərbaycanın üçrəngli bayrağı var...

Tədbirlərə gəlincə isə ASAİF-in forumları Avropanın Romadan Berlinə qədər ən müxtəlif şəhərlərində keçirilir. Söhbət o tədbirlərdə nələrdən danışılmasında deyil.

"Sevindirici haldır ki, forumda 45 ölkədən 550-dən çox nümayəndə iştirak edir" - deyə AzərTAc fəxrlə bildirir.

Maraqlıdır, fotoda birinci cərgədə nəyə görə kostyumlu kiçilərdir, arxa planda isə yalnız saçı tökülmüş keçəl adamlar? Gəl indi baş aç.

Belə forumların necə keçirildiyini başa düşməyə çalışaq. Kimliyi-nəçiliyi bilinməyən 150 nəfərə (özü də dünyanın müxtəlif yerlərindən olan adamlara) aviabiletlər alınır, onlara Şengen vizaları açılır, otellər öncədən sifariş edilir və cibxərcliyi verilir. Hələ onu demirik ki, geniş zalın icarəyə götürülməsi, bir tikə çörək yemək və digər məsələlər də var. Pullar beləcə axıb gedir. Bu tədbir iştirakçıları rəsmən xaricdə təhsil alan tələbələr adlandırılır. Məsələn, əgər bizim Məmməd Məmmədov adlı birimiz Kubada təhsil alırsa, onu da gətirmək lazımdır. Məmmədin saçı tökülsə, uşaqları məktəbi qurtarsa belə...

Bu insanlar nəyə görə bir otağa yığılıb nədən gəldi (əslində heç nədən!) çənə döyürlər, amma üzlərinə ağıllı adam görkəmi verib özlərini elə aparırlar ki, qarşılarındakı dəftərçəyə guya nələrisə qeyd edirlər?! Və bir neçə gün belə davam edir. Ya da Dağlıq Qarabağın necə işğal olunduğunu yada salmaq üçün panellərə toplaşırlar. Əgər bu danışılanlara xaricilər qulaq assaydı, yenə dərd yarı olardı. Amma şəkillərdə həm arxa, həm də ön cərgədə oturanlar elə özümüzünkülərdir!

Niyə? Çünki əsas məsələ odur ki, "förstnyus"çulardan xeyli jurnalist çağırasan, onlar da hər şeyi diqqətlə yazsınlar, çəksinlər. Axı rəhbərlik qarşısında hesabat verməyə əlində bir şey olmalıdır.

Bu boşboğazlıqdan sonra axırıncı dəfə təntənəli şam yeməyi təşkil olunur. Burada isə müxtəlif bahalı içkilər sel kimi axır. Lap axırda da kimliyi-nəçiliyi bilinməyən müxtəlif adamlar gülərüzlə evlərinə yola salınır.

Yəqin anladınız, bütün bunlara dövlət büdcəsindən vəsait ayrılır və yaxud da dövlət şirkətlərinin bu tədbir üçün ayırdığı pulların bir qismi mənimsənilir. Sehrli "lobbi təşkilatı" haqda bu qədər...

Gələk əsgərə... ASAİF-in rəhbəri olan həmin bu Ramin Hakimov bir neçə il qabaq ehtiyatsızlıq edərək Britaniya şoularının birində iştirak etmək qərarı verərkən bütün YouTube şəbəkəsində (deməli, dünyada) məşhurlaşmışdı. Şounun təşkilatçıları, aparıcıları və iştirakçıları həm Azərbaycanı, həm "Eurovision"u, həm də hamını növbə ilə o ki var, ələ saldılar. Bundan başqa, bu veriliş o qədər gülməli idi ki, hətta öz vətəninə görə heç utanmağa da vaxtın qalmır. Ən təəccüblüsü başqa şeydir. Ramin Hakimov hamının onu ələ salacağını bilə-bilə o yerə başını niyə soxmuşdu? Məqsədi nə idi? Siyasi mühacir olmaq başqa şeydir, özünü siyasi lobbist kimi göstərmək isə tamam ayrı. Həm Hakimovun, həm də onun əllərində bayraq tutumuş dostlarının üz ifadəsindən də görünürdü ki, bu adamları zalın onları konkret olaraq ələ saldığını anlamırdılar. Görünür, bu təşkilatın devizi belədir: "Əsas məsələ ölkəmizin adının hətta bir azərbaycanlının digər azərbaycanlıların timsalında pis mahnı oxuduğunu göstərən yumoristik verilişdə də çəkilməsidir".

R.Hakimovun vokal qabiliyyətləri barədə danışmağa ehtiyac duymuruq. Hərçənd o, müsahibələrinin birində deyib ki, yaxşı vokal qabiliyyəti var. Necə olubsa, universitetdə musiqi müsabiqəsinə qatılıb. Amma çinliyə uduzub!

Bizim gəncliyin liderinin geyiminə və zahiri görünüşünə gəlincə isə bu haqda heç danışmağa dəyməz. Geyim-keciminə baxanda onu gey-parada yenicə qatılan naşı bir adamla səhv salmaq olar. Avropada gey paltarlarında görünmək elə də qorxulu deyil. Orada cəmiyyət belə şeylərə dözümlüdür, hətta eynicinsli adamların evlənməyinə də icazə var. Amma Hakimov və onun rəisləri necə olubsa unudublar ki, Ramin orada əslində ölkəmizin vizit kartı idi. Bu kart isə hətta sarı da olmadı, nəsə mavi rəngdə ortaya çıxdı. Azərbaycan "Eurovision" ərəfəsində Avropaya bax beləcə "özünəməxsus" şəkildə təqdim olundu - neft bataqlığı fonunda qanadları da olan axmaq görünüşlü geylə!

Bu klipə baxın. Baxan kimi Azərbaycana görə xəcalət çəkəcəksiniz! Gey qanadları geymiş və bütün Britaniyanı, sonra da bütün dünyanı özünə güldürən gənclik lideri, onun arxasında isə guya total dağıntı olması fonu yaradan neft buruqları... Və barmağı ilə bu mələkciyəzi göstərərək uğunub gedən teleaparıcılar... Yox, yox, britaniyalı teleaparıcılar Hakimovu görüb qəşş eləmirlər, onlar Azərbaycana gülürlər...

Ramin Hakimov müsahibələrinin birində səmimi şəkildə belə deyirdi: "Anam mənə həmişə deyirdi ki, xaricdə olarkən sən öncə vətənini, sonra isə özünü və ailəni təmsil edirsən. Mən bunu heç vaxt unutmuram. Mən həmişə əlimdən gələni eləmişəm ki, kim olduğumuzu, mədəniyyətimizi, tariximizi, dəyərlərimizi xaricilərə göstərim. Mənim məqsədim bu olub".

Amma Ramin anasının məsləhətini unutdu. O, ölkəmizi də, anasını da, hamımızı biabır elədi!

Yaxşı olar ki, Ramin orduda olanda öz həyatının bu səhifəsini gizlətsin. Əsgər yoldaşları düz başa düşməz. Əvvəlki müdafiə naziri istefa versə də müxalifət əsgər ölümləri ətrafında yeni şou yaradar...

Biz ASAİF-in fəaliyyəti və R.Hakimov barədə məmnuniyyətlə daha geniş məlumatlar verərdik. Amma bu, bir az çətindir. Çünki təşkilatın milyonlarla dolları necəsə udmuş rəsmi saytı işləmir. Ona görə də Ramin danışmaq istəyəndə başqa saytlara müsahibələr verir...

Ramin Hakimovun orduya necə çağırılması hələ də sirr olaraq qalır. Görünür, xaricdəki şirin tələbəlik illərini başa vurub deyə vətənə kağız üzərində yox, reallıqda xidmət etmək vaxtının çatdığını anlayıb. Düzdür, Hakimov mətbuata açıqlamasında deyib ki, orduya könüllü gedir, çünki vətənini çox sevir və s.

Lap yaxşı. Bu gəncin səsi var. Gitarada da bir-iki akkordu öyrənsə, bütün kazarmanın sevimlisinə çevriləcək. Amma bir daha deyirik, əsgərlərin arasında nəbadə o gey lələklərindən, gey qanadlarından danışa. Heç bir halda olmaz! Ramin anasının məsləhətini bir dəfə unudub, amma barı bizim bu tövsiyəmizi unutmasın...

Bir çox KİV-lər büdcə pullarının ASAİF-in vasitəsilə mənimsənilməsindən yazandan sonra Hakimov buna belə şərh vermişdi ki, Azərbaycanın milli valyutası manatdır, xaricdən maliyyələşən təşkilatların pulu dollarla olur.

Nə demək olar, adam haqlıdır. Öz vətəndaşlarının cibindən çıxardığın pulları gərək elə oğurladığın nominalın adı ilə sayasan. Avro kimi dollar da Britaniyada populyar deyil. O dərəcədə ki, onları heç bilmirsən nəyə sovurasan...



AzNews.az
Bağla X