Azərbaycanda hərbi hissələr yeni silahlarla təmin olunur - Nazirlikdən açıqlama

"Hərbi hissələrin sayının artırılması Silahlı Qüvvələrin quruluşunun təkmilləşdirilməsi çərçivəsində aparılan tədbirlərdəndir".

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu proses yeni silah və döyüş texnikasının alınması, regionda hərbi-siyasi vəziyyətdəki dəyişikliklər və digər faktorlarla əlaqədar aparılır.

Nazirlikdən o da vurğulanıb ki, hərbi hissələr yeni müasir silahlar, avadanlıqlarla təmin olunur: "Müdafiə Nazirliyinin rəhbərliyinin məqsədi ilk növbədə ordumuzu müasir ordulara uyğunlaşdırmaqdan ibarətdir. Bu səbəbdən də bütün istiqamətlər üzrə mütəmadi olaraq birlik, birləşmə və hərbi hissələrin bütün növ vasitələrlə təminatının yaxşılaşdırılması, müasir standartlara uyğunlaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir və işlər davam etdirilir".

Amid
AzNews.az