“Şəhid ailələri mənzillə təmin olunacaq“- Nazir

Azərbaycanda əlillər və şəhid ailələri mənzillə təmin olunacaqlar.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda 5611 nəfər mənzil növbəsində dayanıb: "Onlardan 538-i bu il mənzillə təmin olunacaqlar. Növbədə dayanan şəxslərin mənzillə təmin olunması məsələsi sonrakı 5 il ərzində həll olunacaq. Hazırda bu istiqamətdə araşdırmalar davam edir".

Nazir qeyd edib ki, nazirliyin müvafiq təklifi Novruz bayramından sonra dövlət başçısına təqdim olunacaq: "Hələ 1994-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs rejimi haqqında razılaşmanın əldə olunmasına baxmayaraq, mənzil almaq üçün nazirliyə müraciət edənlərin sayı getdikcə artır. Buna görə də bu məsələdə ciddi nəzarət mexanizmi tələb olunur".

AzNews.az