12:03
(077) 610-22-33

“Heydər Əliyevin qızı kimi qadağa qoyuram”- Sevil Əliyeva

  • >
3 479 18 Mart 2014 16:24 | Cəmiyyət

"Bu hadisə məni, nəinki sevindirmədi, hətta hiddətləndirdi"




Londonda "Golden & Co" şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün xüsusi olaraq hazırlanmış və üzərində ümummilli lider Heydər Əliyevin imzası olan qızıl korpuslu "iPhone 5S gold limited" telefonlarının istehsal olunması ilə bağlı ötən gün kütləvi informasiya vasitələrində yayılmış məlumatlara Heydər Əliyevin qızı Sevil Əliyeva münasibət bildirib.

AzNews.az Spacenews.az-a istinadən xəbər verir ki, S.Əliyeva bu hadisədən nəinki sevinmədiyini, əksinə hiddətləndiyini bildirib: "İnternet saytlarında yayılmış məlumatlara görə, Londonda "Golden & Co" şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün atam, ümummilli lider Heydər Əliyevin imzası həkk olunmuş qızıl korpuslu iPhone 5S telefonları buraxılıb. Bu hadisə məni, nəinki sevindirmədi, hətta hiddətləndirdi. Azərbaycan üçün ən mühüm, ən taleyyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi belə xoşəgəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram".

AzNews.az
Bağla X