20:04
(077) 610-22-33

Əli Həsənov Elnur Aslanovun saytlarından danışdı

  • >
2 308 18 Mart 2014 16:47 | Cəmiyyət

"Özəl saytların Elnur Aslanovun işdən çıxarılması xəbərini verib-verməməsi onların öz işidir".

Bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov anspress-ə bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanovun işdən çıxarılması xəbərini özəl sayt və portallarda dərc edilməsi onların öz kurasiyasına aiddir.

"Prezident Administrasiyasının rəsmisi kimi biz bunu nəzarət edə bilmərik, çünki hər bir internet resurslarının öz iş mexanizmi var. Biz isə yalnız dövlət sayt və kütləvi informasiya vasitələrində gedən materiallara nəzarət edirik", - deyə Əli Həsənov bildirib.

Xatırladaq ki, Elnur Aslanovun nəzarətindəki saytlar prezidentin sərəncamını öz oxucularına, demək olar ki, təqdim etməyib. 1news.az, Gün.az, Baku Post.az və digər saytlar prezidentin xəbərini düz bir saat sonra, özü də adi xəbər kimi və görünməyən yerdən qoyublar.

AzNews.az
Bağla X