02:24
(077) 610-22-33

İlham Əliyev Roma Papasına məktub göndərib

  • >
678 18 Mart 2014 19:57 | Cəmiyyət

Azərbaycan prezidenti İlham Əliyev Roma Papası Fransiskə məktub göndərib.

Məktubda deyilir:

"Zati-müqəddəsləri. Tacqoyma gününüz münasibətilə Sizi və bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Vatikan arasındakı münasibətlərin inkişafı bundan sonra da ümumbəşəri dəyərlərin təntənəsinə, insanlar arasında qarşılıqlı anlaşma, hörmət və həmrəyliyin bərqərar olmasına xidmət edəcək. Sizə möhkəm cansağlığı, müqəddəs amallar naminə fəaliyyətinizdə uğurlar, məsləkdaşlarınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".


AzNews.az
Bağla X