17:54
(077) 610-22-33

Ceyhun Osmanlının atası işdən çıxarılmasından danışdı

  • >
5 099 19 Mart 2014 10:26 | Cəmiyyət

Göyçay rayon icra başçısının müavini, millət vəkili Ceyhun Osmanlının atası Yunis Osmanov işdən çıxarılması xəbərindən danışıb. AzNews.az-a açıqlama verən Y.Osmanov məlumatın yalan olduğunu bildirib:

"Mənim işdən çıxarılmağım haqqında yayılan məlumatlar yalandır. Bu cür məqsədli informasiyalara inanmaq lazım deyil. Bu fikirlər sərsəm təxəyyülün məhsuludur".

Qeyd edək ki, Y. Osmanovun işdən çıxarılması xəbəri bu gün yayılıb. Xəbərlərdə onun işdən çıxarılmasına səbəb kimi oğlu Ceyhun Osmanlının nurçuluqda ittiham olunması göstərilib.

Amid
AzNews.az
Bağla X