23:32
(077) 610-22-33

Heydər Əliyevin imzasını daşıyan iPhone-lar “saxtadır“- AÇIQLAMA

  • >
1 233 19 Mart 2014 10:29 | Cəmiyyət

Nüfuzlu "Gold & Co." şirkətinin baş icraçı direktoru yerli mediada Azərbaycan üçün Heydər Əliyevin imzasını daşıyan qızıl iPhone-ların hazırlanması barədə məlumatları təkzib edib, bu telefonların saxta olduğunu bildirib.

BBC Azərbaycancaya müsahibəsində Amjad Ali deyib ki, Gold&Co. qızıl suyuna çəkilmiş mobil telefonlar və iPad-lər üzrə ən böyük şirkət olduğuna görə, bir çox istehsalçı bu telefonların saxta versiyalarını buraxır.

"Heydər Əliyevin adını ilk dəfədir eşidirəm", cənab Ali deyib.
Son günlərdə yerli mediada Heydər Əliyevin imzasını daşıyan qızıl iPhone-un şəkili yayılıb, bu telefonların azərbaycanlı oliqarxlar üçün hazırlandığı deyilir.

Telefonların arxasında "Golden & Co London" loqotipini görmək olar. Cənab Ali-nin şirkətinin istehsal etdiyi telefonların üzərində isə oxşar şriftlə "Gold & Co London" yazılıb. Cənab Ali bunu saxta Louis Vuitton mallarının hər yerdə satılması ilə müqayisə edib.

Onun sözlərinə görə, Çində bəzi şirkətlər Gold & Co London şirkətinə məxsus dizaynla bu telefonların saxta versiyasını hazırlayır və "onları bizim özümüzə satmağa cəhd edirlər".

"Sizə qəti şəkildə deyə bilərəm ki, bu adam kimdirsə, heç vaxt onun adını daşıyan telefon hazırlamamışıq, heç kim belə telefonun hazırlanması üçün bizə müraciət etməyib. Kiminsə imzasını daşıyan yeganə telefon, bir məhşur kanadalı müğənni üçün olub.

"Telefonlarımızın qiyməti 5000 dollardan başlayır, 130 000 dollara qədərdir. Telefonlarımızı yalnız zərgərlər və ya bahalı dükanlar vasitəsilə satırıq, mobil telefon dükanlarında yox", cənab Ali əlavə edib.
Spacenews.az saytının məlumatına görə, cənab Əliyevin qızı Sevil Əliyeva bu telefonların hazırlanmasına etiraz edib və qadağa qoyduğunu deyib.

"Azərbaycan üçün ən mühüm, ən taleyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi belə xoşəgəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram", xanım Əliyevadan sitat gətirilir.

"Gold & Co." şirkətinə xanım Əliyevadan heç bir etiraz daxil olmayıb, şirkətin direktoru Amjad Ali deyib.

AzNews.az
Bağla X