18:14
(077) 610-22-33

Bahar Azərbaycana sabah gələcək- saat 20:57-də

  • >
3 752 19 Mart 2014 11:14 | Cəmiyyət

Bu gün günəş səmanın şimal yarımkürəsinə keçid edəcək




Baharın Azərbaycana gəlişi sabah axşam saatlarında baş verəcək.

APA-nın xəbərinə görə, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev bildirib ki, bahar Azərbaycana martın 20-si Bakı vaxtı ilə təxminən saat 20:57 radələrində qədəm qoyacaq.

Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada "yaz bərabərliyi nöqtəsi" deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir.

Qeyd edək ki, fevralın 25-də Azərbaycan ilk, martın 18-də isə axır çərşənbə qeyd olunub.

AzNews.az
Bağla X