“20 Yanvar”dakı ticarət köşkləri niyə sökülmədi? – Müəmma


"Bakı Metropoliteni"nin stansiyalarındakı keçidlərdə fəaliyyət göstərən ticarət köşkləri yığışdırılsa da "20 Yanvar"dakı obyektlər bu prosesdən kənarda qalıb. AzNews.az-ın məlumatına görə, "20 Yanvar" stansiyasının keçidlərində ticarət obyektləri öz fəaliyyətini davam etdirir.

Məsələyə aydınlıq gətirən Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətin rəhbəri Əliabbas Bağırov AzNews.az-a açıqlamasında deyib ki, hazırda paytaxtın İcra Hakimiyyətinin bütün strukturları metro keçidlərində ticarət obyektlərinin sökülməsi işinə cəlb olunub. Artıq "20 Yanvar" stansiyası istisna olunmaqala digər keçidlər boşaldılıb. Ə. Bağırov əlavə edib ki, "20 Yanvar"dakı keçidlərin sökülməsi ilə bağlı hələlik onlara göstəriş verilməyib: "Belə bir tapşırıq olarsa, söküntü işlərinə başlanacaq. Göstəriş nə vaxt veriləcəyi haqda isə məlumatsızam".

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakı Metropoliteni"nin stansiyalarının keçidlərində olan bütün ticarət obyektlərinin sökülməsi və bu işə bütün icra strukturlarının cəlb olunması ilə bağlı sərəncam imzalayıb.

Amid
AzNews.az