Nərimanovda Novruzu belə qarşıladılar – FOTOLAR


Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə metronun "Nəriman Nərimanov" stansiyasının yanındakı parkda xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

AzNews.az-ın məlumatına görə, tədbirdə qədim el sənətləri nümayiş olunmuş, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzənib.

Tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Tədbirdə Rayon İcra Hakimiyyəti rəhbərliyi, Milli Məclisin rayon ərazisindən seçilmiş deputatları, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar və ziyalılar, şəhid ailələri və nəhayət rayon ictimaiyyətinin nümayəndələri bayram tədbirində iştirak ediblər.

Xəyalə
AzNews.az
image description image description image description image description image description image description image description