02:26
(077) 610-22-33

Prezidentin Elnur Aslanovla bağlı sərəncamı barədə daha bir şok xəbər- FOTO

  • >
14 566 19 Mart 2014 13:12 | Cəmiyyət

Prezident İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması ilə bağlı martın 17-də verdiyi sərəncamın onun kurasiyasına daxil olan saytlarda işıqlandırılmaması ilə bağlı xəbər dərc etmişdik.

Bildirmişdik ki, bu xəbər ölkə gündəmində rezonansa səbəb olsa da, hökumətə yaxın və E. Aslanovun nəzarətində olan mətbuat orqanlarında "1 news.az", "gün.az", "Baku Post.az" və "Yurd.tv"də prezidentin sərancamı çox gec və görünməyən yerdə yayımlanmışdı. Bu gün isə məlum oldu ki, E. Aslanovla bağlı sərəncam hətta rəsmi dövlət televiziyası olan AzTV-nin əsas xəbər buraxışlışında yer almayıb.

Bu dəqiqələrdə isə AzNews.az daha bir şok yaradacaq faktın üstünü açıb. Məlum olub ki, Prezident Administrasiyasının orqanı olan "Xalq qəzeti" də bu sərəncamı öz səhifəsində yerləşdirməyib.

Məlum sərəncamla bağlı bir cümlə belə məlumat "Xalq qəzeti"ndə və qəzetin internet versiyasında bir cümlə də getməyib. Bunun hansı səbəblə edildiyi haqda hələlik heç bir bilgi yoxdur.

Qeyd edək ki, prezident İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması sərəncamını "Xalq" qəzeti ilə yanaşı, "Azərbaycan" qəzeti də dərc etməyib.


Bağla X