07:28
(077) 610-22-33

AzTV-dən şok açıqlama: Prezidentin kadr islahatlarını efirə vermirik

  • >
5 728 19 Mart 2014 13:56 | Cəmiyyət

Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) Prezident Administrasiyasının şöbə müdiri, nurçuluqda ittiham olunan Elnur Aslanovun işdən çıxarılması ilə əlaqədar İlham Əliyevin sərəncamını verməməsi ilə bağlı açıqlama verib.

AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova AzNews.az-a bildirib ki, təmsil etdiyi qurum artıq bir neçə ildir ölkə başçısı İlham Əliyevin dövlət qurumlarında kadr dəyişikliyi ilə bağlı sərəncamlarını efirə vermir: "Kadr dəyişiklikləri ilə bağlı rəsmi xəbərləri artıq bir neçə ildir ki, səsləndirmirik".

AzTV-nin sözçüsü bunun səbəbləri barədə isə heç nə deməyib.
Xatırladaq ki, prezident İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması ilə bağlı martın 17-də verdiyi sərəncam adıçəkilən şəxsə yaxın olan media qurumları və rəsmi KİV-lərdə yer almayıb.

Amid Əyyuboğlu
AzNews.az
Bağla X