07:09
(077) 610-22-33

Prezidentin sərəncamının rəsmi mediada verilməməsilə bağlı daha bir - Şok

  • >
1 404 19 Mart 2014 14:02 | Cəmiyyət

Bir qədər əvvəl prezident İlham Əliyevin Elnur Aslanovun işdən azad olunması ilə bağlı verdiyi sərəncamın rəsmi dövlət televiziyası olan AzTV-də verilməməsi ilə bağlı xəbər dərc etmişdik.

"Qafqazinfo" məsələ ilə bağlı digər maraqlı detalları da əldə edib. Belə ki, məlum olub ki, ölkə başçısının sərəncamına belə münasibət təkcə AzTV- də deyil, eyni zamanda ölkənin əsas rəsmi qəzetlərində də sərgilənib. İlham Əliyevin Elnur Aslanovun işdən çıxarılması sərəncamını nə "Azərbaycan" qəzeti, nə də "Xalq" qəzeti dərc edib.

Həm AzTV-nin, həm də rəsmi qəzetlərin prezident sərəncamına göstərdikləri münasibətin arxasında hansı məqam dayanır?! Bu göstəriş onlara hardan gəlib?! Ümid edirik ki, bu sensasion məqama aydınlıq gətiriləcək.

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov "Azadlıq" qəzetinin bu məslə ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, sərəncamı dərc etməmələrinə səbəb onun redaksiyaya göndərilməməsidir. Belə ki, baş redaktorun sözlərinə görə, qəzet rəsmi xəbərləri "Azərtac" dövlət agentliyindən alır, həmin sərəncamı isə agentlik qəzetə göndərməyib.

Elnur Aslanovun işdən çıxarılması haqda sərəncamı "Azərtac" agentliyinin "Azərbaycan" qəzetinə göndərməməsinə gəlincə, bu barədə agentlikdən mövqe öyrənmək mümkün olmayıb. Lakin qeyd edək ki, agentlik sərəncamı martın 17-də öz saytında yerləşdirib.

Mövzu ilə bağlı Aslan Aslanovun mövqeyini öyrənməyə çalışılıb. "Azərtac"dan heç bir məlumat əldə etmək mümkün olmayıb. Sadəcə bir cümlə öyrənmək mümkün olub ki, bu mövzu ilə bağlı "Azərtac"ın açıqlaması olmayacaq. Çünki situasiya haqqında lazımi şəxslərə məlumat verilib.

Ancaq bütün hallarda məsələ açıq qalır. Çünki B.Sadıqovun məsələni "Azərtac"ın üstünə atması ilə vəziyyətdən çıxmaq mümkün deyil. Bunun üçün daha güclü arqument lazımdır. Çünki prezidentin sərəncamı artıq həmin gün saat 16:00 radələrindən bütün ölkə mediasında manşet kimi yayılıb və günün əsas xəbərinə çevrilib. Belə bir halda həm "AzTV"nin, həm də rəsmi qəzetlərin bu sərəncamı işıqlandırmamasının daha ciddi izahatı olmalıdır.









AzNews.az
Bağla X