11:55
(077) 610-22-33

Lənkəranda dini radikalizmlə mübarizəyə dair konfrans

  • >
643 19 Mart 2014 16:37 | Cəmiyyət

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans martın 19-da Lənkəran şəhərində keçirilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Möhübbət Hüseynov şəhərdə radikalizmi, fanatizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyillərin qarşısının alınması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Rafiq Qaçayev, İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) cənub bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə dini icmasının sədri Qəni Axundzadə, Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova, Şəhər Ağsaqqallar Şurasının sədri Kamal Kələntərli çıxış edərək dini, mənəvi-əxlaqi dəyərlərin qorunması istiqamətində görülən işlərdən danışıblar.

AzNews.az
Bağla X