15:32
(077) 610-22-33

Qadın müəllimlərə şalvar qadağası

  • >
2 774 28 Avqust 2012 10:12 | Cəmiyyət

Müəllimlər üçün də vahid geyimin tətbiq olunacağı gözlənilir


Paytaxt məktəblərində qadın müəllimlərin şalvar geyinməsi qadağan edilib. Qadağa qeyri-rəsmi olsa da müəllimlərin etik davranış qaydalarına uyğun olaraq geyinməsi təklif olunur.

Milli Müəllim - Valideyn Assosiasiyasının icraçi direktoru Təranə Şərifova AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib. İcraçı direktor bildirib ki, qadın müəllimlərin şalvar geyinməməsi məsələsi vahid məktəbli formasının tətbiqindən sonra gündəmə gəlib: "Vahid məktəbli forması şagirdlər arasında ayrı-seçkiliyi aradan qaldırmağa xidmət etməklə yanaşı, həm də tədrisin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir. Bu baxımdan müəllimlərin də geyimi məsələsi vacib olduğundan qadın müəllimlərin şalvar geyinməsi məqbul hesab edilmir. Bununla bağlı rəsmi qərar olmasa da təvsiyələr verilib. Məktəblərdə valideyn və müəllimlərin iştirakı ilə Pedaqoji Şuraların iclasında məsələ müzakirə olunub və müəllimlər bu qərarla razılaşıblar".

Şagirdlərdən sonra müəllimlər üçün də vahid geyimin tətbiq olunacağı gözlənilsə də, bu il məsələ həllini tapmayacaq. Bununla belə paytaxtın bir neçə məktəbi öz təşəbbüsü ilə müəllimlər üçün vahid forma tətbiq edir.

E.Əlosmanqızı
AzNews.az
Bağla X